Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvü, ABŞ-da yaşayan həmyerlimiz Validə Rəsulova möhtəşəm musiqi bayramında iştirakdan məmnunluğunu vurğulayıb.
   “Müsabiqə ilk gündən yüksək səviyyədə keçirilir, iştirakçıların ifaları obyektiv və diqqətlə izlənilir. Bütün iştirakçılar möhtəşəm çıxış edir. Dörd pianoçu ilə təmsil olunan Gürcüstan komandası güclüdür. İnanıram ki, Azərbaycanı təmsil edən Nərgiz Kəngərli ümidləri doğruldacaq. Müsabiqənin proqramına tanınmış bəstəkar Tofiq Quliyevin “Qaytağı” əsərinin də daxil edilməsi çox təqdirəlayiqdir”.

Reyhan İsayeva