Pianoçuların II Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin İsraildən olan üzvü Leonid Rozenberq tədbirin keçirilməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirib:
    “Pianoçuların beynəlxalq müsabiqəsi az-az keçirilən tədbirlərdəndir. Açığını deyim ki, müsəlman ölkəsində belə möhtəşəm tədbirlərin keçirilməsi məni və həmkarlarımı çox təəccübləndirdi. Ölkənizdə klassik musiqiyə yüksək qiymət verildiyinin şahidi oldum. Bu beynəlxalq müsabiqədə iştirak edən Azərbaycan və Gürcüstanın gənc pianoçuları böyük bir təcrübə məktəbi keçirlər. Onlar ustad dərslərində də iştirak edəcəklər. Gənc musiqiçilər üçün bu cür treninqlərin təşkili onların inkişafında müsbət rol oynayacaq. Ümumiyyətlə, bu müsabiqə və festival hələ gəncdir. İldən-ilə dünyada tanındıqca daha çox musiqiçilər burada iştirak etmək arzusunda olacaqlar”. 
   
Reyhan İsayeva