Belarusun Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” beynəlxalq müsabiqəsində uşaqlar arasında yarışma bölümündə Azərbaycanı təmsil edən yeniyetmə Yasin Qarayev ilk üçlüyə daxil olub. “Uşaq Slavyan bazarı” müsabiqəsində 10 yaşlı Yasin Qarayev latviyalı Valeriya Çuvizova ilə ikinci yeri bölüşdürüb. Müsabiqənin “qran-pri”sini Rumıniyadan olan 10 yaşlı Raluka qazanıb, birinci yerə isə Qazaxıstan təmsilçisi Meyrambek Kuralay çıxıb.
   Yasin Qarayev 2000-ci ildə Bakıda anadan olub. O, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində Azərbaycanın Xalq artisti Rauf Babayevdən dərs alır.