Dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin doğum günü ərəfəsində “Oxuyur Müslüm Maqomayev” filmi Azərbaycan Dövlət Film və Rusiya Teleradio fondları tərəfindən birgə bərpa olunaraq elektron formata köçürülüb.
   Dövlət Film Fondundan bildiriblər ki, 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
   Bu arada Riqa kinostudiyasının sabiq əməkdaşı şəxsi arxivindən Dövlət Film Fonduna Müslüm Maqomayevin 10-a yaxın nadir fotosənədlərinin neqativlərini də təqdim edib.
   Qeyd edək ki, avqustun 17-də böyük sənətkarın anadan olmasının 69-cu ili tamam olacaq.