Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov iyulun 22-də Londonun Çelsi rayonunda yerləşən möhtəşəm “Under the Bridge” musiqi salonunun səhnəsində çıxış edəcək.
   Musiqi salonunun rəsmi internet saytında müğənni barədə yerləşdirilmiş məlumatda deyilir ki, Eminin kompozisiyaları son zamanlar Böyük Britaniyada böyük populyarlıq qazanıb. Onun “Any Time You Fall” mahnısı ölkənin 17 radiostansiyasına qoşulan “Heart Network” pley-listinə daxil edilib.
   Böyük Britaniya dinləyiciləri əgər indiyədək azərbaycanlı müğənninin radioda səslənən kompozisiyalarına fəal səs verirdilərsə, londonlular tezliklə sevdikləri musiqi parçalarını canlı eşidə biləcəklər.