Yaşının az olmasına baxmayaraq, qazandığı uğurlar, vətəninə gətirdiyi qələbələrin sayı ilə adından tez-tez söz etdirir. Geniş vokal imkanları ilə müsabiqə və festivallarda uğurlar qazanan, əldə etdiyi nailiyyətlərlə kifayətlənməyək daim irəliyə, daha böyük qələbələrə can atan Yasinin tərcümeyi-halı da bu mənada zəngindir.
Yasin Həsənov 2000-ci ildə Bakıda dünyaya göz açıb. 2008-ci ildən Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin vokal sinfində təhsil alır. Fərqli səs və ifa manerası ilə seçilən Yasin 2009-cu ildən başlayaraq müxtəlif müsabiqə və festivallara qatılaraq diplomlar qazanıb. 2010-cu ildə "V&V Company" tərəfindən keçirilən tədbirdə “Gənc istedadlar” nominasiyasında Qran-priyə layiq görülərək “İlin ən gənc müğənnisi” adını alıb. Həmin il Mahnı Teatrında keçirilən "Zirvədəkilər" müsabiqəsinin diplomantı olub.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif beynəlxalq müsabiqə və festivallara qatılan Yasin ötən il Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XII "Prazdnik detstva" Beynəlxalq uşaq müsabiqəsində 27 ölkədən gələn 700 iştirakçı arasında Qran-priyə layiq görülüb. Belarusun Mozır şəhərində təşkil olunan VII "Zemlya pod belımi krılyami" adlı Beynəlxalq vokal müsabiqəsində də 25 ölkədən 600 iştirakçı arasında Qran-pri ona nəsib olub. Növbəti Qran-prini isə 2011-ci ilin mayında Rumıniyanın Oneşti şəhərində keçirilən XVI Beynəlxalq "Tİ AMO" pop müsabiqəsində qazanıb. Ötən il həmçinin Belarusun Klimov şəhərində gerçəkləşən "Zolotaya pçyolka" beynəlxalq uşaq müsabiqəsində uğurla iştirak edərək xüsusi diplom və II yerlə mükafatlandırılıb.
Bundan əlavə, 2011-ci ilin yayında Belarusun Vitebsk şəhərində “Slavyan bazarı” IX beynəlxalq uşaq müsabiqəsindən II yer, noyabrda Almaniya paytaxtında keçirilmiş “Berliner Perle-2011” beynəlxalq musiqi müsabiqəsindən I yer və xüsusi mükafatla qayıdıb. Qazandığı nailiyyətlərə görə ölkə başçısının sərəncamı ilə adı gənc istedadların «Qızıl kitab»ına yazılmaqla Prezidentin xüsusi təqaüdünə layiq görülüb.
Vaxtilə istedadlı uşaqların təmsil olunduğu “Bəri bax” qrupunun solisti olan Yasin hazırda musiqinin sirlərini Xalq artisti Rauf Babayev və istedadlı vokalçı Ramil Qasımovdan öyrənir. Yeniyetmə musiqiçinin vokal imkanlarına uyğun mahnılar da yazılıb. Bu nümunələr arasında bəstəkar mahnılarımızdan “Vətənim”, “Dostuma məktub”, “Ana”, “Azərbaycanım”, “Mənim dünyam”, “Bakı” “Dostlar” və s. mahnıları qeyd etmək olar. Yasinin 20 mahnıdan ibarət iki albomu və “Vətənim” adlı klipi də işıq üzü görüb.
Onunla budəfəki görüşümüzün səbəbi də növbəti uğuru, yeni nailiyyətidir. Qoy bu barədə özü məlumat versin:
- Aprelin 18-19-da Moskvanın ‘’Borodino Xoll” konsert zalında populyar mahnıların gənc ifaçılarının “Detskaya novaya volna 2012” adlı beynəlxalq müsabiqənin yarımfinal mərhələsi gerçəkləşdi. Ümumilikdə 4 mərhələdən ibarət müsabiqə 8-13 yaş qrupunda keçirilir. Təxminən bir ay əvvəl mən müsabiqənin birinci mərhələsində çıxış etdim və səbirsizliklə nəticələri gözləməyə başladım. Bir aydan sonra müsabiqənin təşkilatçıları tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə məktub və mənim adıma yarımfinalda iştirak üçün dəvətnamə gəldi. Məktubda mənim birinci mərhələdən birbaşa yarımfinala vəsiqə qazandığım bildirilirdi. Bunu eşidəndə çox sevindim. Beləliklə, aprelin 18-19-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin yarışmada iştirak etdim. İnanın ki, gecə-gündüz böyük həyəcanla bu müsabiqəyə hazırlaşırdım. Müəllimlərim - Xalq artisti Rauf Babayev və Əməkdar artist Məlahət İsmayılova ilə Azərbaycanı təmsil edəcəyim mahnılar üzərində işləyirdik».
Yarımfinalın birinci mərhələsində 18 ölkədən 150 nəfər iştirakçı yarışıb. Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Belarus, Almaniya, Estoniya, Moldova təmsilçilərinin qatıldığı yarışmada ikinci mərhələyə vəsiqə qazanan 30 iştirakçının arasında Yasin də vardı. Yasin bu mərhələdə dünyaca şöhrətli Müslüm Maqomayevin repertuarından ifa etdiyi «Azərbaycan» mahnısı ilə münsiflərin böyük rəğbətini qazanıb. 19 apreldə keçirilən ikinci mərhələdən də qalib ayrılan Yasin finala vəsiqə qazanan 15 iştirakçıdan biridir.
İfaları ilə məşhur musiqiçilərdən ibarət olan münsiflər heyətini heyrətdə qoyan Yasin artıq final həyəcanını gözləyir. İnanırıq ki, yeniyetmə istedadımız 15-17 avqust tarixlərində keçiriləcək final mərhələsindən də qalib qayıdacaq.
Yasin onda sənətə məhəbbət yaratmış görkəmli sənətkarların yolunu davam etdirmək istəyir: «Hər dəfə korifey sənətkarlarımızın ifalarını dinlədikcə bu arzu ilə yaşayıram. Buna görə də daim öz üzərimdə çalışmaq, əldə etdiklərimlə kifayətlənməyərək daha böyük nailiyyətlərə can atmaq istəyirəm. Bilirəm ki, bu, çətindir. Amma mümkündür. Ona görə də gələcəkdə Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənətkarlarımızın yolunun davamçısı olmaq istəyirəm”.
H.Rüstəmova