Azərbaycan musiqiçiləri Finlandiyanın Aland adalarında Xirosimada atom partlayışı (6 avqust 1945) qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi konsertdə iştirak edəcəklər. Aland adalarının mərkəzi şəhəri Mariehamnda keçiriləcək tədbirdə ölkəmizi tanınmış cazmen Emil Əfrasiyab və onun qrupu təmsil edəcək. Musiqiçilər arasına Azərbaycan xalq musiqi alətlərinin mahir ifaçısı, tarzən Malik Mənsurov və balabançı Şirzad Fətəliyev də daxildir.
   Musiqiçilərimizin proqramına caz kompozisiyaları ilə yanaşı, “Sarı gəlin” (balaban), “Evləri var xana-xana” kimi xalq mahnılarımız (tar) daxil edilib.