Mayın 25-də Prezident İlham Əliyev Bakı şəhərindəki Əjdərbəy məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən inşa edilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınan, sonradan Əjdərbəy məscidi adlandırılan məbəd Bakının memarlıq incilərindəndir.
Sərəncama əsasən, məscidin əsaslı təmirinin, bərpasının və aparılan yenidənqurma işlərinin tamamlanmasını təmin etmək məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılıb.