Dünya kinematoqrafiyasının ulduzu, İndiana Cons barədə filmlərlə məşhurlaşan 65 yaşlı Harrison Ford evlənir. «Associated Press» agentliyinin məlumatına görə, artıq aktyor sevgilisi Kalista Flokharda evlənməyi təklif edib.
   Ford evlənmək təklifini qış tətilini keçirmək üçün yollandıqları tropik adada, Sevgililər Günündə irəli sürüb. Amma bu barədə indi məlum olub. Qeyd edək ki, Harrison Ford və Kalista Flokhard artıq 7 ildən çoxdur bir yerdədirlər. Cütlüyün hətta uşağı da var.
   Ford əvvəlki həyat yoldaşı Melissa Metisondan 2004-cü ildə ayrılıb. Metison boşanan zaman Forddan 70 milyon dollar alıb.