Məşhur fransız bəstəkar Moris Jarr Los-Ancelesdə 84 yaşında vəfat edib. Bu barədə «France Presse» agentliyi məlumat yayıb.
   Jarr bir çox filmlərə musiqi yazsa da, daha çox rejissor Devid Linin «Doktor Jivaqo» (1962), «Ərəbistanlı Lourens» (1964) və «Hindistana səfər» (1984) filmlərinə bəstələdiyi musiqilərlə məşhurlaşıb. O, bu filmlərə yazdığı musiqilərə görə üç «Oskar» mükafatı alıb. Ümumilikdə isə Moris Jarr 150-dən çox filmə musiqi yazıb, Alfred Hiçkok, Lukino Viskonti, Con Hyuston, Con Frankenhaymer, Piter Uir və digər məşhur rejissorlarla işləyib. Milliyyətcə fransız olan və Fransada doğulan Jarr 1960-cı illərdən etibarən ABŞ-da yaşayıb və işləyib. O, eyni zamanda simfonik musiqi, teatr və balet üçün musiqi yazmaqla məşğul olub. Qeyd edək ki, Moris Jarrın oğlu Jan-Mişel Jarr da atasının yolunu tutub. Jan-Mişel elektron musiqinin pionerlərindən sayılır, eləcə də özünün irimiqyaslı işıq şouları ilə məşhurdur.