Şon Konnerinin ifasındakı Ceyms Bond «Entertainment Weekly» jurnalının versiyası üzrə pop-mədəniyyətin əsas qəhrəmanları siyahısına başçılıq edir. Reytinqi tərtib edənlər bildirirlər ki, döyüş filmi janrını bu qəhrəmansız təsəvvür etmək mümkün deyil. Bundan əlavə, «bondiana» ən uzun müddətli kinofranşizmdir. İkinci yeri Harrison Fordun canlandırdığı arxeoloq və macəra axtaran İndiana Cons tutub. Maraqlıdır ki, Harrison Fordun daha bir qəhrəmanı - «Ulduz müharibələri» trilogiyasından Xan Solo da ilk onluğa düşüb. Siyahıda üçüncü yeri isə Kristofer Rivin ifasındakı Supermen tutub.
   Reytinqdə sonrakı yerlər aşağıdakı kimi bölünüb:
  
   4. Harri Potter - Deniel Redkliff;
   5. Ellen Ripli - Siqurni Uiver;
   6. Con Makleyn - Bryus Uills;
   7. Xan Solo - Harrison Ford;
   8. Baffi - Sara Mişel Qellar;
   9. Robin Qud - Erol Flinn;
   10. Hörümçək adam - Tobi Maqvayer.