Təsadüfən kişi büstü dahi Leonardo da Vinçinin bizim günlərədək gəlib çıxan yeganə heykəli ola bilər. «The Daily Mail»in yazdığına görə, ekspertlər gənc Leonardonun bu büstü hələ Andrea Verrokkonun emalatxanasında oxuyarkən hazırladığını düşünürlər. Mütəxəssislərin fikrincə, qoca kişi büstü Müqəddəs İeronimin heykəlidir. Bu versiyanı heykəlin İeronimin digər portretləri ilə oxşarlığı da sübut edir. Bundan əlavə, alimlər bildirirlər ki, Leonardo hələ Verrokkonun şagirdi olan zaman özünü heykəltəraşlıqda sınayıb. Lakin sonradan bütün diqqətini rəsmə yönəldib və seçimini incəsənətin bu istiqamətində yaradıcılıq imkanlarının geniş olması ilə izah edib. Xatırladaq ki, bu ilin fevralında şəxsi kolleksiyalardan birində Leonardo da Vinçinin çəkdiyi portret tapılıb. Alimlərin fikrincə, bu əsər rəssamın gəncliyində çəkdiyi avtoportretdir.