100 ildən çox bir müddətdə baron Rotşildin evində saxlanılan şüşə qab Londonda keçirilən «İslam dünyasının mədəniyyəti» adlı auksionda 1,55 milyon funt-sterlinqə (təxminən 2,2 milyon dollara) satılıb. «Teh Telegraph» qeyd edir ki, ilkin olaraq onun 600-800 funt-sterlinqə satılacağı güman edilirmiş.
   Qızıl suyuna çəkilən və nəfis bəzədilən qab XIV əsrdə hazırlanıb. Onun Məmlük sultanlarının hakimiyyəti dövründə Misirdə və ya Suriyada hazırlandığı bildirilir. Dünyada cəmi 4 belə qab var. Onlardan üçü Qahirə, Lissabon və Kassel (Almaniya) muzeylərində saxlanılır. Daha bir şüşə qabın yeri isə məlum deyil. Güman edildiyinə görə, baron Rotşildin evində saxlanılan şuşə qab özəl kolleksiyada olan sonuncu belə tarixi incəsənət əsəridir.