Kaliforniya qubernatoru Arnold Şvartsnegger rejissor Mak Cinin çəkdiyi «Terminator. Xilaskar gəlsin» filmində peyda olacağı barədə xəbəri təsdiq edib. O, onlayn-konfrans zamanı bildirib ki, həddən artıq məşğul olması filmdə birbaşa şəkildə iştirak etməyə imkan verməyib. Buna baxmayaraq, o, filmin yaradıcılarına rəqəmsal obrazından istifadə etməyə icazə verib.
   «Mən onlara dedim ki, layihədə iştirak etmək istəyirəm. Əgər onlar müasir texnologiyalar vasitəsilə bu problemi necə həll edə bilirlərsə, qoy belə də olsun. Hazırda onlar da mənim rəqəmsal obrazımı yaratmaqla məşğuldurlar», - deyə Şvartsnegger bəyan edib.
   Qubernator səlahiyyət müddəti başa çatandan sonra kinoya qayıtmaq niyyətini təsdiq edib. O, «Terminator»un növbəti seriyasında çəkiləcəyini də istisna etməyib: «Əlbəttə, hansısa başqa bir maraqlı təklif olmasa, kinoya qayıdacağam».