Bir ay öncə vəfat edən və hələ də basdırılmayan pop kralı Maykl Ceksonun daha bir oğlunun olduğu iddia edilir. “The Sun” qəzetinin verdiyi məlumata görə, Ceksonla vida mərasimi zamanı 25 yaşlı Ömər Bhatti onun qardaşlarının və bacılarının yanında oturub.
   
   Maraqlıdır ki, Ömər Bhattiyə birinci sırada yer ayrılsa da, dünya kinosunun və musiqisinin ulduzları ikinci və hətta üçüncü sıralarda əyləşməyə məcbur olublar. Ömər Ceksonlar ailəsinin üzvləri kimi qara eynəkdə olub və mərasimin sonuna qədər eynəyini çıxarmayıb.
   O, mərasim zamanı həddən artıq kədərli olması ilə diqqət çəkib. Bundan əlavə, onun barəsində müxtəlif şayiələr yayılıb və uşaqlıq şəkilləri nümayiş etdirilib. Bütün bunlar Ömər Bhattinin Maykl Ceksonun indiyə qədər gizli saxlanılan oğlu olduğunu iddia etməyə əsas verib.
   “The Sun” Ömər Bhatti və Maykl Ceksonun “rəsmi uşaqları»ndan üçüncüsü olan İkinci Prins Mayklın bir-birilərinə dəhşətli dərəcədə oxşadıqlarını qeyd edir.
   Ömər Bhattinin ailəsi Norveçdə yaşayır. Onun ailəsi Ömərin Ceksonun oğlu olduğu barədə şayiələri təkzib etmir. Maykl Ceksonun ölümündən sonra Ömərin anası Piya deyib: “O, pop musiqisinin kralı idi. Amma bizim üçün o, daha böyük mənaya malik idi”. İndi isə Piya hər hansı şərh verməkdən qətiyyətlə imtina edir. Onun əri, 40 yaşlı pakistanlı Riz isə Ömərin həqiqətən də dəfn mərasimində Ceksonun qohumlarının yanında olduğunu təsdiq edib.
   Maraqlıdır ki, Maykl Ceksonun 2004-cü ildə dostlarının yanında gözlənilməz bir etiraf etdiyi yenidən yada düşüb. O, Piya ilə bir gecə keçirəndən sonra “norveçli Ömərin” 1984-cü ildə doğulduğunu bildirib.
   Piya və Riz Ceksonun yanında işləyirmişlər. Piya dayə, Riz isə sürücü olub. Ömər doğulandan sonra bir neçə il müğənninin “Neverland” rançosunda yaşayıb və Ceksonlar ailəsinin üzvü kimi qəbul edilib.
   Maykl və Ömər ilk dəfə 1996-cı ildə görüşüblər. Bundan sonra o, müğənni ilə bərabər ictimaiyyət arasında görünməyə başlayıb. Bu yaxınlarda Ceksonun evindən Yeni İl gecəsi çəkilən video tapılıb. Həmin lentdə görünür ki, Ömər də Ceksonun digər uşaqları kimi “atası»ndan hədiyyə alır.
   Hazırda Ömərin DNK analizi vasitəsilə Maykl Ceksonun oğlu olduğunu sübut etməyə çalışdığı xəbər verilir.