Dünən təntənəli açılış mərasimindən sonra öz işinə başlayan Venesiya Beynəlxalq kinofestivalında nümayiş etdiriləcək 24 kinofilmdən 6-sı Hollivud istehsalıdır.
   İtaliya qəzetlərinin yazdığına görə, festivalın ən gözlənilən filmi kinorejissor Maykl Murun ekranlaşdırdığı “Kapitalizm: Məhəbbətin tarixi” (Capitalism: A Love Story) filmidir. Festivalda nümayiş etdiriləcək Amerika filmlərinin siyahısında- “Yaramaz leytenant”(rejissor Abel Ferrari), “Müharibə vaxtı həyat” (rejissor Todd Salondz, “Yol” (rejissor Con Xillkot) filmləri də vardır. Festival Cüzeppe Tornatorenin “Baariya” filmi ilə açılacaq. Onun ardınca məşhur “Sprut” serialı, “İkiqat saat”, “Bəyaz əmtəə”,”Sen-Lunun yüksəklikdən 36 görünüşü”, “Təqib”, “Könül mətbəxi”, “Lurd” və digər məşhur filmlərin də nümayiş etdiriləcəyi bildirilir. Festivalda həmçinin Honq-Konq, Tayvan, Şri- Lanka və Yaponiya kinematoqrafçılarının çəkdikləri ekran əsərləri də festival iştirakçılarının mühakiməsinə veriləcək.