Dünyanın məşhur musiqi kollektivləri içərisində öz yeri olan "Live in New York" qrupunun ifa etdiyi 6 mahnıdan ibarət disk bu ilin noyabrında satışa buraxılacaq. Xatırladaq ki, bu klipdəki mahnılar "Live in New York"un 4 məşhur albomundan götürülmüş seçmələrdən ibarətdir. Bu mahnıların böyük əksəriyyəti 1970-ci il yanvar ayının 17-18-də Nyu-Yorkda yazılıb. Məlum olduğu kimi qrupun rəhbəri Cim Morrison 1971-ci ildə Parisdə vəfat etdikdən sonra bu musiqi qrupu da fəaliyyəini dayandırıb. Bundan sonra qrupun hər bir üzvü öz fəaliyyətini ayrı-ayrılıqda - solo karyerası istiqamətində davam etdirməyə üstünlük vermişdir.