İsraildəki Miqdal çimərliyində salınacaq yeni otelin tikintisi üçün bünövrə qazılarkən maraqlı bir tapıntı əldə olunub. Fəhlələr torpağın altında ən qədim yəhudi sinaqoqlarından birinin qalıqlarını aşkar ediblər. Sinaqoqun mərkəzindəki iri daş parçasının üzərində həkk olunmuş menoranın (şam yandırmaq üçün düzəldilmiş yerlər) 6 ədəd deyil, 7 ədəd olması tapıntının unikallığından xəbər verir. Alimlərin rəyinə görə, bu menora ölkədəki bu tipli tapıntılardan tamamilə fərqlənir.
   Tapılmış sinaqoqun əsas salonunun sahəsi 120 kvadrat metrdir. Divar boyu düzəldilmiş daş oturacaqlar ziyarətə gələnlər üçün nəzərdə tutulmuşdur. Salonun döşəməsi mozaik şəkildə qurulmuşdur. Divarlar isə freskalarla bəzədilib. Lap mərkəzdəki daş menoranın üzərinə də müxtəlif nəbati ornamentlər həkk olunub.
   Qazıntılara rəhbərlik edən Dina Avşalom Qorninin sözlərinə görə, bu olduqca unikal bir tapıntıdır. Bu sinaqoq və onun içərisindəki daş menora Roma imperiyası dövrünə aiddir. Ümumiyyəttlə isə inidiyə kimi Roma İmperiyası dövründə tikilmiş altı qədim sinaqoq mövcuddur. İndi tapılan yeddinci sinaqoqun yeddi guşəli menorası isə eynən Yerusəlimdəki sinaqoqun oxşarıdır. Ərazinin tədqiqi ilə məşğul olan şirkət buranı dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzinə çevirmək fikrindədir. Qədim sinaqoqun turistlər üçün maraqlı olacağı da bildirilir.