Sentyabrın 26-dan 29-dək Sankt - Peterburqda hər il keçirilən “Müasir incəsənət əsərləri ənənəvi muzeylərdə” beynəlxalq festivalının açılış mərasimi olub. Festivalın davam edəcəyi müddətdə xarici və rusiyalı rəssamların əsərləri şəhərin bir neçə muzeyində nümayiş olunacaqdır.
   Festivalın keçirildiyi günlərdə sərgi iştirakçılarını şəhərin digər muzeylərinə aparmaq üçün pulsuz avtobuslar təşkil olunub. Həmin gün bütün muzeylərə giriş azad və pulsuz olacaq. Festivalın 2000-ci ldən bu günədək davam etdiyini bildirən qəzetlərin məlumatına görə builki Muzey-Festival Sankt-Peterburq meriyası və “Ford” Fondunun dəstəyi ilə həyata keçirilir.
   Artıq 9-cu dəfə keçirilən bu maraqlı tədbir bir ənənə şəklni alıb. Indiyə ikimi bu festivallarda Sankt-Peterburqun 50-yə yaxın muzeyi, o cümlədən məşhur Kunstkamera, Artilleriya muzeyi, Çörək muzeyi, Kirov muzeyi, Sualtı qayıqlar muzeyi, Eksperimental təbabət muzeyi və digər muzeylər də iştirak edirlər. Festivalın maraqlı və yaddaqalan olması üçün Sankt- Peterburq, Moskva, Kalininqrad, Novosibirsk, Yekaterinburq, Nijni-Novqorod və Samaranın, eyni zamanda Almaniya, ABŞ, Fransa, Böyük Britaniya, İsveç, Hollandiya və Finlandiyanın 100 nəfərə yaxın rəssamının birlikdə çalışdığı bildirilir. Bu məqsədlə 147 yeni tipli layihənin işlənib hazırlandığını xəbər verən qəzetlərin yazdığına görə, bundan əlavə festivalın yekununa dair xüsusi rəngli dərgi və kataloq da tamaşaçılara paylanacaq. Bu dərgi və kataloqda sərgidə iştirak edən rassamların əsərləri, həmçinin aparıcı sənətşünasların sərgi ilə bağlı məqalələri də öz əksini tapmışdır.