Məşhur “Rolling Stones” qrupunun əfsanəvi gitara çalanı Ronni Vud il yarım birgə yaşadığı restoran xidmətçisi, 20 yaşlı Yekaterina İvanova ilə aralarında olan romantik məhəbbətə son qoyub. Mətbuatın yazdığına görə Ronni ilə rusiyalı Yekaterina ötən ilin yay fəslində tanış olublar. Elə ilk görüşdən sonra yaraşıqlı və cazibədar rus qızını özünün şəhər kənarındakı rançosuna dəvət edən musiqiçi onunla evlənmək istədiyini bildirib. Romantika ilə dolu unudulmaz və ehtiraslı bir eşq gecəsi yaşayan 62 yaşlı Ronni Vud Yekaterinanın əsirinə çevrilib. O, hətta, 23 ildən bəri rəsmi nikahda olduğu dörd uşaq anası olan arvadından da ayrılıb.
    Britaniyada nəşr olunan “The Daily Mail” qəzetinin yazdığına görə cəmi il yarım çəkən bu romantik məhəbət gözlənilmədən uğursuzluqla nəticələnib. Belə ki gitaraçı ilə onun rus gözəlçəsi arasındakı məhəbbət böyük bir dava-dalaşla sona yetib. Buna səbəb isə rus qızının Ronni Vuda qarşı əsassız iddiaları olub. Öz keçmiş arvadına zəng edərək onunla görüşmək və şəxsi maliyyə məsələlərini həll etmək istəyən gitaraşı Yekaterinanın sərt təpkisi ilə üzləşib. Bundan sonra Ronni qadının paltarlarını pəncərədən küçəyə ataraq onu evindən qovmaq istəyib. Onların arasında başlanan hay-həşir qonşuları olduqca narahat edib. Qonşular polisə müraciət ediblər. Hadisə yerinə gələn polislər isə məşhur gitaraçını sakitləşdirsələr də, o, çemodanını götürərək evdən gedib.