1980-ci ildə “Qudurmuş öküz” filmində məşhur boksçu Ceyk La Mottanın obrazını yaradan Robert De Niro, bu dəfə Amerikanın keçmiş futbol məşqçisi Vins Lombardinini canlandıracaq. ESPN kompaniyasının bəyan etdiyinə görə, filmdə məşhur məşqçinin 1960-cı illərin ən zəif "Green Bay Packers" futbol komandasının milli futbol liqasında beş qat çempion etməsindən bəhs ediləcək. Əfsanəvi məşqçi 1970-ci ildə 57 yaşında vəfat edib. Lombardiniyə həsr olunmuş filmin “Super Kubok-2012” çempionatı öncəsi ekranlara verilməsi gözlənilir. Filmin ssenari müəllifi “Oskar” mükafatı laureatı Erik Rotdur.