Azərbaycan
   
   5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Şairin 1918-ci ildə yazdığı “Azərbaycan marşı” şeiri Ü.Hacıbəylinin musiqisi ilə Azərbaycanın himni olub. Ə.Cavad həmçinin görkəmli filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitabının müəllifi) və tərcüməçi olub, Vilyam Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsərini dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.
   5 may 1910 - SSRİ Xalq artisti Adil İsgəndərov (1910-1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru işləyib, Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb, bir sıra filmlərə (“Axırıncı aşırım”, “Əhməd haradadır?” ) quruluş verib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
   6 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikovanın (1856-1929) anadan olduğu gündür. H. Məlikova Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, böyük xeyriyyəçi H.Z.Tağıyevin inşa etdirdiyi Müsəlman Qızlar Məktəbinin direktoru olub.
   
   Dünya
   
   5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış görkəmli Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
   5 may 1818 - Böyük alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marksın (1818-1883) doğum günüdür.
   5 may 1819 - Polşanın ilk milli operasının müəllifi, görkəmli bəstəkar və dirijor Stanislav Monyuşko (1819-1872) anadan olub.
   5 may 1846 - Polyak yazıçısı, Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub.
   5 may 1858 - İtalyan bəstəkarı və musiqişünası Pyer Adolfo Tirindelli (1858-1937) anadan olub.
   5 may 1928 - Rus (sovet) yazıçısı, «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanlarının müəllifi Anatoli İvanov (1928-1999) anadan olub.
   5 may 1940 - Rusiyanın məşhur satirik yazıçısı Lion İzmaylov (Polyak) anadan olub.
   5 may 1944 - Fransız kinoaktyoru Jan-Pyer Leo anadan olub.
   6 may 1668 - Fransız yazıçısı Alen Rene Lesajın (1668-1747) doğum günüdür.
   6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (1856-1939) anadan olub.
   6 may 1868 - Polyak yazıçısı, Nobel mükafatı laureatı Vladislav Reymont (1868-1925) anadan olub.
   6 may 1880 - Ekspressionizmin tanınmış simalarından biri, alman rəssamı Ernst Kirxner (1880-1938) anadan olub.
   6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
    6 may 1923 - Tanınmış rus teatr və kino aktyoru Vladimir Etuş («Qafqaz əsiri», Saaxov) anadan olub.
   6 may 1949 - Belçika yazıçısı, Nobel mükafatı laureatı (1911) Moris Meterlink (1862-1949) vəfat edib.
   6 may 1961 - Məşhur Amerika kino aktyoru Corc Kluni anadan olub.
   6 may 1992 - Dünya kinosunun görkəmli simalarından biri, alman aktrisası Marlen Ditrix (1901-1992) vəfat edib.