Azərbaycan
   
   11 iyun 1913 - Xalq artisti, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaratmış Hökümə Qurbanova (1913-1988) anadan olub.
   12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Tarixi və fəlsəfi romanları («Məhşər», «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib.
   12 iyun 1933 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Bağırov (1933-2006) anadan olub. Uzun müddət Musiqili Komediya Teatrına rəhbərlik edib.
   12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor Oqtay Mirqasımov anadan olub.
   13 iyun 1709 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
   13 iyun 1934 - Bakıda Azərbaycan sovet yazıçılarının I qurultayı başlanıb. Qurultay iyunun 17-dək davam edib.
   13 iyun 1935 - Yazıçı Həzi Murtuza oğlu Əliyev anadan olub.
   14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) anadan olub. Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb. Alman şərqşünas-səyyah Bodenştedt şairin qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib. Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.
   14 iyun 1943 - Şairə, yazıçı Əminə Tuncay anadan olub.
   15 iyun 1924 - Şair Hüseyn Camal oğlu Hüseynzadə (1924-1992) anadan olub.
   15 iyun 1934 - Ədəbiyyatşünas Hüseyn Həsən oğlu Alışanov (Hüseyn Kürdoğlu) (1934-2003) anadan olub.
   15 iyun 1935 - Şair, publisist Davud Dəmirli anadan olub.
   15 iyun 1945 - Görkəmli aktrisa, teatr xadimi, Xalq artisti Amaliya Əliş qızı Pənahovanın doğum günüdür.
   15 iyun 1949 - Əməkdar incəsənət xadimi, xor dirijoru Rəfail Musa oğlu Kərimov anadan olub.
   15 iyun 1992 - Dağlıq Qarabağın Naxçıvanik kəndi yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələrinin döyüşünü lentə alan tanınmış telejurnalist Çingiz Mustafayev həlak olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
   
   Dünya
   
   11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.
   11 iyun 1864 - Görkəmli alman bəstəkarı Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub.
   11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub.
   13 iyun 1940 - Keçmiş Yuqoslaviyanın məşhur kinoaktyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub.
   14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe, 1811-1896) anadan olub.
   14 iyun 1956 - Məşhur rus kinoaktrisası Yelena Safonovanın doğum günüdür.
   15 iyun 1594 - Fransız rəssamı, klassizm cərəyanının tanınmış nümayəndəsi Nikola Pussen (Nicolas Poussin, 1594-1665) anadan olub.
   15 iyun 1843 - Norveç bəstəkarı, dirijor Edvard Qriqin (Edvard Hagerup Grieg, 1843-1907) doğum günüdür.
   15 iyun 1920 - İtalyan kinoaktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi, 1920-2003) anadan olub.
   15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos) anadan olub.