Azərbaycan
   
   22 sentyabr 1918 - Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək Azərbaycanda dövriyyədə üç valyuta - çar dövründən qalan rubl («Nikolay rublu»), Rusiyanın «Müvəqqəti Hökuməti» tərəfindən buraxılmış rubl («Kerenski rublu»), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən dövriyyəyə buraxılmış bonlar, eləcə də türk lirəsi işlənilirdi.
   22 sentyabr 1929 - Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd bəy Qaracanın (1929-16.5.2005) doğum günüdür. Ə.Qaracanın ailəsi 1924-cü ildə Azərbaycandan Türkiyəyə köcmüşdü. M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərən Ə.Qaraca 1955-ci idən bu quruma rəhbərlik edib, habelə qardaş ölkədə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olub.
   22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929-30.11.1997) anadan olub.
   22 sentyabr 1978 - Bakı şəhəri Sovet İttifaqının ali mükafatı - “Lenin” ordeni ilə təltif olunub.
   23 sentyabr e.ə. 494-cü il - Tarixi mənbələrə görə, Azərbaycanın qədim şəhəri Gəncənin əsası qoyulub. Şəhərdə aparılan arxeoloji qazıntılar zamanı tədqiqatçılar belə bir fikrə gəliblər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl V əsrdə mövcud olub.
   23 sentyabr 1914 - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Xaspolad qızı Tutayuq (23.09.1914 - 12.11.1980) Şuşa şəhərində anadan olub.
   23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, Xalq artisti Firəngiz Əhmədova anadan olub.
   23 sentyabr 1929 - Əməkdar incəsənət xadimi, yazıçı Əfqan Hacıağa oğlu Əsgərov anadan olub.
   23 sentyabr 1969 - Şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə (23.09.1969-20.01.1990) anadan olub. Ü.Bünyadzadə Azərbaycan Dillər Universitetinin tələbəsi ikən 1990-cı ilin 20 Yanvar qırğınında həlak olub.
   23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabir Kərim oğlu Mahmudov, 26.3.1910-1970) vəfat edib.
   23 sentyabr 1989 - Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Analoji aktlar SSRİ-nin digər subyektləri tərəfindən də qəbul edilmişdi.
   
   Dünya
   
   22 sentyabr 1694 - İngilis yazışısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
   22 sentyabr 1875 - Litvalı rəssam və bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus (Niyolay) Çörlenis (1875-1911) anadan olub.
   22 sentyabr 1893 - Görkəmli rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
   22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (Meşilem Meyer Vayzenfroynd) Paul Muni - Meshilem Meier Weisenfreund, 1895-1967) anadan olub.
   22 sentyabr 1938 - Məşhur Amerika akytoru və müğənnisi Din Ridin (Dean Cyril Reed, 1938-13.6.1986) doğum günüdür.
   22 sentyabr 1940 - Əslən danimarkalı olan Fransa aktrisası Anna Karina (Hanna Karin Blarke Bayer) anadan olub.
   
   23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
   23 sentyabr 1902 - Rus kinorejissoru Nadejda Koşeverova (1902-1989) anadan olub.
   23 sentyabr 1920 - Amerika kinoaktyoru, ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından bugünədək filmlərə çəkilir) «Ginnesin rekordlar kitabı»na düşən Mikki Runi (Mickey Rooney) anadan olub.
   23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlzın (Raymond Charles Robinson, 1930-2004) doğum günüdür.
   23 sentyabr 1938 - Məşhur aktrisa, Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty, 1938-1982) Vyanada anadan olub.
   23 sentyabr 1943 - İspan müğənnisi Xulio İqlesias (Julio Jose Iglesias de la Cueva) anadan olub.
   23 sentyabr 1949 - Amerika rok müğənnisi Brüs Sprinqston (Bruce Frederick Joseph Springsteen) anadan olub.