Azərbaycan
   
   6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Əzulla oğlu Quliyev (Nurəddin Mehdixanlı) Cəlilabad rayonunun Tahirli kəndində doğulub.
   6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.
   
   7 oktyabr 1369 - Böyük Azərbaycan şairi, filosof Seyid Əli İmadəddin Nəsimi (1369-1417) Şamaxıda anadan olub. Əsərlərini əsasən Azərbaycan türkcəsində yazıb, fars və ərəb dillərində də əsərləri var. Nəsimi poeziyası Azərbaycan türkcəsində ədəbiyyatımızın inkişafına böyük təkan verib. Hürufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb. Ömrünün son illərini Suriyada yaşayıb, 1417-ci ildə Hələb şəhərində həbs olunub, "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilib və orada dəfn olunub.
   7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Dilarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub.
   7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi fəaliyyət göstərir.
   
   Dünya
   
   6 oktyabr - Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günüdür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.
   6 oktyabr 1881 - Ukrayna dramaturqu İvan Koçerqa (1881-1952) anadan olub.
   6 oktyabr 1882 - Polyak bəstəkarı və pianoçusu Karol Şimanovski (Karol Maciej Szymanowski, 1882-1937) anadan olub.
   6 oktyabr 1887 - Fransa-İsveçrə memarı, memarlıqda modernizmin banisi, rəssam və yazıçı Şarl Eduar le Korbüze (Charles Edouard Le Corbusier - Charles Edouard Jeanneret-Gris, 1887-1965) anadan olub.
   6 oktyabr 1914 - Dünya şöhrətli Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdalın (Thor Heyerdahl, 1914 - 18.4.2002) doğum günüdür. Tur Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib. Alimin vikinqlərin köklərinin Azərbaycanla bağlı olması barədə fikri elmi dairələrdə böyük rezonans doğurub.
   6 oktyabr 1940 - Məşhur Litva aktyoru Yuozas Budraytis (Juozas Budraitis) anadan olub.
   6 oktyabr 1940 - Rus aktyoru Viktor Pavlovun (1940-2006) doğum günüdür.
   6 oktyabr 1963 - Amerika kinoaktrisası Elizabet Şu (Elisabeth Judson Shue) anadan olub.
   
   7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 - 1849) vəfat edib.
   7 oktyabr 1915 - Rus-sovet şairi Marqarita Aliger (1915-1992) anadan olub.
   7 oktyabr 1928 - Rus aktyoru Yuri Saransevin doğum günüdür.
   7 oktyabr 1950 - Məşhur rus teleaparıcısı Vladimir Molçanov anadan olub.
   7 oktyabr 1967 - Amerika müğənnisi Toni Brekston (Toni Michelle Braxton) anadan olub.