Bu il Kann kinofestivalında Azərbaycan pavilyonunun hazırlanması üçün müvafiq qurumlarla müzakirələr gedir. Bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib ki, festivalda Azərbaycanın xüsusi pavilyonun hazırlanması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədli Londona səfər edib: «İlk dəfə olaraq Kann festivalında Azərbaycan kinosunu təmsil edən xüsusi pavilyon qurulacaq. Bununla da Azərbaycan kinosunun beynəlxalq səviyyəyə çıxarılmasına layiqli şərait yaradılmış olacaq».
   Nazir onu da bildirib ki, bu il kino sahəsində beynəlxalq layihələr də həyata keçiriləcək.
   Dövlət sifarişi ilə il ərzində iki cizgi filminin istehsalı nəzərdə tutulur: «Artıq ssenarilər bizə təqdim olunub və biz bu ssenariləri təsdiqləyəcəyik».
   
   Fəxriyyə