Prezident İlham Əliyev martın 4-də Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyinin yeni binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.