Azərbaycan
   
   28 fevral 1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894-28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Uşaq ikən ailələri Tiflisə, oradan Bakıya köçüb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib.
   28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
   28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simofniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
   28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 -2004) vəfat edib.
       
   29 fevral 1913 - Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913-19.12.1990) Göyçayda anadan olub. "Şərqin səhəri", "Od içində", "Şirvan gözəli" pyeslərinin, nəsr əsərlərinin müəllifidir. "Fətəli xan", “Leyli və Məcnun ", "Babək" filmlərinin ssenarisini yazıb.
   
   Dünya
   
   28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub.
   28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. İsa peyğəmbər və həvariləri haqqında kitabların müəllifidir.
   28 fevral 1866 - Rus şairi, simvolizmin nümayəndəsi, filosof və ədəbiyyatşünas Vyaçeslav İvanoviç İvanov (1866-1949) anadan olub.
   28 fevral 1892 - Türkiyə aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.
   28 fevral 1893 - Rus kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.
   28 fevral 1922 - Görkəmli rus ədəbiyyatşünası, kulturoloq Yuri Lotman (1922-1993) anadan olub.
   28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.
   
   29 fevral 1792 - Görkəmli italyan bəstəkarı Coakkino Rossini (Gioachino Antonio Rossini, 1792-1868) anadan olub. Məşhur “Sevilya bərbəri” və 40-dək başqa operanın müəllifidir.
   29 fevral 1860 - Amerika ixtiraçısı və mühəndisi, ilk elektron hesablama maşınının (tabulyator) yaradıcısı Herman Hollerit (Herman Hollerith, 1860-1929) anadan olub. İBM kompyuter korporasiyasının yaradıcılarından biridir.
   29 fevral 1920 - Rus yazıçısı, “kənd nəsri”nin tanınmış nümayəndəsi Fyodor Aleksandroviç Abramov (1920-1983) anadan olub.
   29 fevral 1920 - Rus opera müğənnisi, aktyor, SSRİ Xalq artisti İvan İvanoviç Petrov (Krauze), 1920-2003) anadan olub. “Başsız atlı” filmində Zeb Stamp rolunda çəkilib.
   29 fevral 1920 - Məşhur fransız aktrisası Mişel Morqan (Michele Morgan - Simone Renee Roussel) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan