Mayın 6-da Ankaradakı “İC Sənət Qalereyasında” Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Azərbaycanlı rəssamlar sərgisi” açılacaq. Sərginin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini anmaqdır. “Dünyadan təəssüratlar” sərgiləri çərçivəsində təşkil olunacaq bu rəsm bayramı mayın 25-dək davam edəcək.