20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən xalqımız Novruzu bərəkət və firavanlığın rəmzi kimi bayram edib. Sovet dövründə bayramın üzərinə qoyulmuş qadağalar Azərbaycan müstəqillik əldə edəndən sonra aradan qaldırılıb, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla Novruz dövlət bayramı kimi təsbit edilib.
   
   20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.
   20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri), şeir və hekayələrin müəllifidir.
   20 mart 1912 - Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912- 1998) anadan olub. Rusiyanın Ulyanovsk, Novosibirsk, Kazan, Rostov teatrlarında çalışıb. 1960-70-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının, Rus Dram Teatrının baş rejissoru olub.
   
   21 mart - Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib. 
   21 mart 1896 - Xalq artisti, məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896-20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.
   21 mart 1897 - Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində anadan olub. “Keyf içində”, “Tövbə” və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
   21 mart 1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. "Muğan", "Aygün" və s. poemaların (ümumilikdə 20-dən çox poema), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların müəllifidir.
   21 mart 1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub.
   
   22 mart 1898 - Aktyor, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898 - 21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
   22 mart 1895 - Nasir Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-28.1.1938) anadan olub. «Qışlaqdan kəndə», «Laçın» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
   22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.
   22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar" romanları, «Alov» pyesi və s. əsərlərin müəllifidir.
   22 mart 1913 - Xalq artisti, tanınmış aktyor Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram Teatrında çalışıb. “Görüş” (Şıxəli), “O olmasın, bu olsun” (Məşədi İbad), “Qanun naminə” (Məmmədxan) və s. filmlərdə çəkilib.
   22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
   22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla" , "O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.
   22 mart 1914 - Xalq artisti, məşhur aktyor Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. "Arşın mal alan" (1945, Vəli), “Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə çəkilib.
   22 mart 1917 - Görkəmli aktyor, Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. “Nəsimi” (Teymurləng), “Tütək səsi” (Qılınc Qurban), “Arxadan vurulan zərbə” (Fəttah - Qurd Cəbrayıl) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
   22 mart 1931 - Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.
   22 mart 1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli ("Leylı və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s.
   22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.
   
   23 mart 1914 - Şair Zeynal Xəlil (Zeynal Rza oğlu Xəlilov, 1914 - 11.8.1973) Gəncədə anadan olub. "Arzular", "İki dünya", "Bənövşə", "Günəş, dəniz və insan" və s. şeir kitablarının, "Ulduzlar" mənzum romanının, "İntiqam", "Qatır Məmməd" və s. pyeslərin müəllifidir.
   23 mart 1915 - Xalq artisti, rəqqas, baletmeyster Əlibaba Əbdül oğlu Abdullayev (1915 - ) anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, bir sıra filmlərdə (“Görüş”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”) rəqslərə quruluş verib.
   23 mart 1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (1920-1992) anadan olub.
   23 mart 1942 - Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
   23 mart 1946 - Yazıçı, şair Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. “Daş evlər”, “Nekroloq”, “Polad toxumu” və s romanların, povest, hekayə və şeirlərin müəllifidir.
   
   24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. “Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filminə quruluş verib. 
   
   Hazırladı: Vüqar Orxan