Azərbaycan
   
   8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
   8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Açılışda Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.
   
   9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
   9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis - 1989) vəfat edib. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (1955, Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
   
   10 iyun 1904 - Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 - 27.12.1975) anadan olub.
   10 iyun 1935 - Şair İltifat Saleh oğlu Salayev Lənkəran rayonunun Boladi kəndində anadan olub.
   10 iyun 1937 - Əməkdar incəsənət xadimi, musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova anadan olub. Orta əsr risalələrini (S.Urməvi - «Kitabül-Ədvar», «Şərəfiyyə», Fətullah Şirvani - «Musiqi məcəlləsi» və s.) mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib. “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kitabını, qədim musiqi terminləri lüğətini tərtib edib.
   10 iyun 1938 - Şair Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.
   10 iyun 1982 - Bakıda görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.
   10 iyun 1983 - Xalq artisti, bəstəkar, pedaqoq Səid Rüstəmov (12.5.1912, İrəvan - 1983) vəfat edib. "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların ("Ağ çiçəklər", "Oxu tar", “Qurban adına", “Həkim qız","Oxu, gözəl" və s.) müəllifidir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün bir çox dərs vəsaitləri yazıb.
   
   11 iyun 1892 - Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892-15.6.1968) Saratovda anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərib. “Koroğlu” (Koroğlu), “Aida” (Radames), “Karmen” (Xoze) və s. operalarda çıxış edib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   11 iyun 1913 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 - 2.11.1988) anadan olub. 1938-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. Kinoda ilk işi 1936-cı ildə “Almaz” filmində Yaxşı rolu olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
   11 iyun 2002 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" fərman imzalayıb.
   
   12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Tarixi və fəlsəfi romanları («Məhşər», “Yanar ürək”, «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib. "Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
   12 iyun 1932 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Bağırov (1932 - 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Filmoqrafiya: "Ulduz" (Möhsün), "Qanun naminə” (Arif), "Onun bəlalı sevgisi"ndə (Qaraxalov), "Alma almaya bənzər" (Məmmədəli), "Şirbalanın məhəbbəti" (Şirbala). 1989-1996-cı illərdə "Tənqid-təbliğ" teatrına, 1996-2006-cı illərdə Musiqili Komediya Teatrına rəhbərlik edib.
   12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mirqasımov anadan olub. Filmləri: “Gümüşü furqon” (1982), “Cin mikrorayonda” (1985), “Şeytan göz qabağında” (1987), “Ovsunçu” (2003), “Günaydın, mələyim!” (2008) və s.
   
   Dünya
   
   8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
   8 iyun 1829 - İngilis rəssamı Con Everett Mille (John Everett Millais, 1829-1896) anadan olub.
   8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında (L.Tolstoy, S.Şedrin, D.Mendeleyev və s.) əsərlərin, məşhur “Naməlum xanım” rəsminin müəllifidir.
   8 iyun 1910 - Tanınmış amerikalı fantast-yazıçı və redaktor Con Vud Kempbell (John Wood Campbell; 1910-1971) anadan olub.
   8 iyun 1916 - İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Komediya janrında filmlərin (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.) müəllifidir.
   
   9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” romanları və s.
   9 iyun 1891 - Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter, 1891-1964) anadan olub.
   9 iyun 1898 - Alman əsilli İtaliya yazıçısı, ssenarist və rejissor Kursio Malaparte (Curzio Malaparte - Kurt Erich Suckert; 1898-1957) anadan olub.
   9 iyun 1930 - Amerikalı fantast-yazıçı Liin Karter (Lin Carter - Linwood Vrooman Carter, 1930-1988) anadan olub.
   9 iyun 1981 - Yəhudi əsilli məşhur Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011-ci ilin “Oskar” laureatı) və s.
   
   10 iyun 1799 - İtalyan əsilli rus rəssamı, rus akademizminin tanınmış nümayəndəsi Fyodor Antonoviç Bruni (1799-1875) anadan olub.
   10 iyun 1819 - Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet) (1891-1877) anadan olub. Peyzaj, portret və naturalist rəsmləri ilə tanınıb.
   10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
   10 iyun 1915 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow, 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.
   10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-in Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
   10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. Əsərləri: “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. 
      
   11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.
   11 iyun 1864 - Görkəmli alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub. Simfonik poema və operaların (“Elektra”, “Kölgəsiz qadın”, “Arabella” və s.) müəllifidir.
   11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” romanları, “Qarlı dağ”, “Minillik durna” povestləri və s.
   11 iyun 1910 - Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.
   
   12 iyun 1819 - İngilis yazıçısı Çarlz Kinqsli (Charles Kingsley; 1819- 1875) anadan olub.
   12 iyun 1921 - Tanınmış ispan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun nümunələri olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.
   
   Hazırladı: Vüqar Orxan