Azərbaycan
   
   4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.
   4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Bir sıra filmlərdə (“Bəxtiyar” - Rəcəbov, “Bir qalanın sirri” - həkim Eldostu, “Qatır Məmməd” - Gəncə qubernatoru, “Nəsimi” - Şeyx Əzəm, “Əhməd haradadır” - Şirin kişi, “Tütək səsi” - İsfəndiyar kişi və s.) rəngarəng obrazlar qalereyası yaradıb.
   4 avqust 1939 - Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939-11. 7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. Çəkildiyi filmlər: “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” və s.
   4 avqust 1943 - Xalq artisti, tanınmış aktyor Ramiz Ağarza oğlu Məlik anadan olub. “O qızı tapın”, “ Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, onlarla filmin səsləndirilməsində iştirak edib.
   4 avqust 2008 - Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.
   
   5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.
   5 avqust 1950 - Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-23.11.2011) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub.
   5 avqust 1958 - Filologiya elmləri doktoru, professor Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunda anadan olub. Aşıq sənətinə dair araşdırmaların müəllifi, Azərbaycan Aşıqlar Birliyinin I katibidir. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı (Orxan Paşa təxəllüsü ilə) çap olunub.
    6 avqust 1939 - İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Həşim oğlu Mərdanov (22.9. 1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılıb) bədii filmi Azərbaycan kinosunun “Qızıl fondu”na daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
   6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.
   
   Dünya
   
   3 avqust 1904 - Amerika fantast-yazıçısı Klifford Saymak (Clifford Donald Simak, 1904-1988) anadan olub.
   3 avqust 1920 - İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Fillis Doroti Ceyms (Phyllis Dorothy James) anadan olub.
   3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
   3 avqust 2008 - Rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
   
   4 avqust 1859 - Görkəmli Norveç yazıçısı Knut Hamsun (əsl soyadı Pedersen; 1859-1952) anadan olub. “Aclıq” adlı psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Modernizmin ən məşhur nümayəndələrindən biri olan yazıçı həm də Hitlerin pərəstişkarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və ahıl yaşına görə həbs cəzasından qurtulub.
   4 avqust 1875 - Danimarka yazıçısı Hans Xristian Andersen (Hans Christian Andersen; 2.4.1805 - 1875) vəfat edib. “İmprovizator” , “Yalnız skripka ifa edən” romanlarının, “Mulat” pyesinin müəllifidir. Lakin onu daha çox uşaqlar üçün yazdığı nağıl kitabları məşhurlaşdırıb: “Yeni nağıllar”, “Rəvayətlər” və s. 1953-cü ildən uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə məşhur nağılçının doğum tarixi (2 aprel) “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur.
   4 avqust 1901 - Amerikanın məşhur caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong; 1901-1971) anadan olub.
   4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiyanın) dövlət himninin musiqisinin müəllifidir.
   
   5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Sadko sualtı səltənətdə”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.
   5 avqust 1850 - Fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850- 6.7.1893) anadan olub. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (romanlar), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novellalar) və s.
   5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın romanı üzrə), “Gecə Marqaritası” və s.
   5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. “Kazino Royal” və “Çin məhəlləsi” filmlərinə görə «Oskar» mükafatına layiq görülüb.
   5 avqust 1987 - SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922-1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” (rej. M.Zaxarov) və s.

 
   6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
   6 avqust 1868 - Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.
   6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.
   6 avqust 1931 - İtalyan kinorejissoru Umberto Lensi (Umberto Lenzi) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) rejissoru kimi tanınıb.
   6 avqust 1953 - Məşhur hind kinorejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, habelə SSRİ-Hindistan istehsalı olan “Məhəbbət haqqında əfsanə”, “Əlibaba və 40 quldurun macəraları” (rejissor Lətif Fayziyevlə birgə) filmlərinə quruluş verib.
   
   Hazırladı: Vüqar Orxan