“Azərbaycan” jurnalının 4-cü sayı yenicə çapdan çıxıb. Vaqif Bəhmənlinin yeni şeirləri ilə açılan jurnalda Sabir Sarvanın, Sərvaz Hüseynoğlunun da poeziya nümunələrinə yer verilib. Həsr bölməsində isə Seyran Səxavətin “Yəhudi əlifbası” romanının bir hissəsi oxuculara təqdim edilib. Etibar Babayevin “Tarix-ibrət alanlar üçün dərsdir” silsiləsindən bolşevizmin liderlərindən olmuş S.M.Kirovun qətli ilə bağlı müəmmalara həsr etdiyi “Yalana heykəl” yazısı o illərə bədii dillə yeni bir baxışdır. Bu sayda həmçinin Qılman İlkinin “ Xalqının müztərib oğlu” dramı oxuculara təqdim edilib. Dram əsəri Abasqulu Ağa Bakıxanovdan bəhs edir.