Azərbaycan
   
   15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909-7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan teatrında çalışıb.
   15 fevral 1933 - Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933-1. 11. 2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. 1956-cı ildən Akademik Milli Dram Teatrında çalışıb. "Onu bağışlamaq olarmı?", “Qırmızı qar” filmlərində, “Göz həkimi” televiziya tamaşasında çəkilib.
   15 fevral 1946 - Görkəmli aktyor, Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946-8.3.2006) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002-2006) edib. Kinoda yaddaqalan obrazlar (“Qızıl uçurum” - Cəlil, “Nəğmə dərsi” (“Ömrün səhifələri” - Ata), “Küçələrə su səpmişəm” - Çərkəz və s.) yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.
   15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. "Arşın mal alan" filmində (1965) Asya roluna çəkilib. Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.
   
   16 fevral 1873 - Məşhur memar Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıdakı Təzəpir və Əmircandakı Murtuza Muxtarov məscidləri onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
   16 fevral 1916 - Sənətşünas alim, akademik Əbdülvahab Salamzadə (1916 - 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqatların, “Abidələr danışır”, «Azərbaycan memarlıq abidələri», «Əcəmi Naxçıvani» və s. kitabların müəllifidir.
   16 fevral 1918 - Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918-10.6.2008) anadan olub. Məhəmməd Füzuli qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biridir.
   16 fevral 1945 - Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və 30 ilə yaxın əvəzsiz ifaçısı olub.
   
   17 fevral 1920 - Dilçi-filoloq, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
   17 fevral 1934 - Yazıçı-dramaturq, jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyev; 1934-1986) Ucar rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindəndir. “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” povestləri, "Məhəbbət novellası", “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Sevinc”, “Yol ayrıcında” pyeslərinin müəllifidir.
   17 fevral 1947 - Aktyor Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (5.10.1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.
   17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər, kəndin 70-dək sakini öldürülüb.
   
   18 fevral 1201 - Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə təvəllüdü 16 və 17 fevral göstərilir). N.Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm mərkəzlərindən biri kimi tanınıb.
   18 fevral 1895 - Məşhur qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1894-1.10.1965) Bakının Masazır kəndində anadan olub.
   18 fevral 1925 - Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olub. Azərbaycan Jurnalistlər Birliyinə rəhbərilik edib, rus dilindən bədii tərcümələr edib.
   18 fevral 1931 - Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. Poetik topluların (“Cavid", "Nizami", “Nuru Paşa” poemaları), dram əsərlərinin (“Pompeyin Qafqaza yürüşü”, “Atabəylər") müəllifidir. "Şərəf" ordeni ilə (2011) təltif edilib.
   18 fevral 1947 - Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi, xalça, batika sənətinin tanınmış ustası idi, beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.
   18 fevral 2009 - “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı (noyabr 2007) ilə “İslam mədəniyyəti paytaxtı” elan olunmuşdu.
   
   Dünya
   
   15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.
   15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından biri Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.
   15 fevral 1906 - Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində almanlara əsir düşüb, Berlində Moabit hərbi həbsxanasında öldürülüb. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.
   15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.
   
   16 fevral 1834 - Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub.
   16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.
   16 fevral 1925 - İngilis kinorejissoru Con Şlezinger (John Richard Schlesinger, 1926-2003) anadan olub.
   
   17 fevral 1600 - İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).
   17 fevral 1906 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinossenarilərin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub. 

    18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.
   18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
   18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
   18 fevral 1932 - Çex əsilli Amerika rejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 “Oskar”a, “Amadey” filmi isə (1984) 8 “Oskar”a layiq görülüb.
   18 fevral 1934 - Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində (1981) Rüstəm rolunda çəkilib.
   18 fevral 1954 - Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s. 
   
   Hazırladı: Vüqar Orxan