Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçirildi. Bu dəfə gənc yazarların qonağı nasir Şərif Ağayar olub. Tədbirin aparıcısı olan tənqidçi Əsəd Cahangir Şərif Ağayar, o cümlədən gənc ədəbi nəsil haqqında geniş məlumat verdikdən sonra sözü 2000-ci iillər ədəbi nəslinə mənsub nasirə verdi. O isə özünün ədəbi baxışlarını gənclərlə bölüşdü. Sonra isə nasir gənclərin çoxsaylı suallarını cavablandıraraq onlarla müasir ədəbiyyat barədə fikr mübadiləsi etdi. Tədbirin sonunda isə gənc ədiblərin poeziya nümunələri dinlənildi.
   
   Sabutay