Dekabrın 14-də Heydər Əliyev Sarayında böyük ustad Aşıq Ələsgərin 190 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən aşıqlarla yanaşı, Türkiyədən, İrandan, Rusiyadan və Gürcüstandan dəvət olunmuş aşıqlar da çıxış edəcəklər.
   Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etmişdi. İlboyu ustad aşıqla bağlı bir sıra tədbirlər həyata keçirilib, yubiley ayrı-ayrı rayonlarda da yüksək səviyyədə qeyd olunub.