Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Türkel TV” müstəqil televiziya şirkətinin ekranlaşdırdığı “Yaxın-uzaq Xocalı” sənədli-bədii televiziya filminin təqdimatı olacaq. Çəkilişləri Goranboy və Tovuz rayonları ərazilərində gerçəkləşən filmin əsas qayəsini Xocalıda baş verən hadisələrin vizual dillə tamaşaçıya çatdırılması təşkil edir. “Yaxın-uzaq Xocalı”nın əsas iştirakçıları xocalılılar və rəmzləşdirilmiş Xocalı obrazıdır. Filmdə hadisələr real faktlara söykənməklə yanaşı, burada bədiiləşmiş epizodlara da yer ayrılıb. 

   Lalə