Astara şəhər musiqi məktəbinin akt zalında Bakı şəhər 28 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən təcrübə mübadiləsi xarakterli konsert və ustad dərsi keçirilib.
   Musiqi məktəbindən bildiriblər ki, ustad dərsində hər iki musiqi məktəbinin fortepiano ixtisası üzrə təhsil alan şagirdlərinin ansambl və müşayiət fənləri üzrə ifası dinlənilib.
   Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən bu iki məktəb arasında ənənəvi olaraq aparılan təcrübə mübadiləsi və ustad dərsləri gələcəkdə şagird və müəllimlərin daha da inkişafına öz töhfəsini verəcək.