Xəbər verildiyi kimi, avqustun 27-dən 30-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Zaqatala şəhərində Şəki-Zaqatala zonası üzrə gənclərin folklor festivalının zona baxışı keçirilmişdir. Tədbirdə Şəki şəhəri, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonlarından 18 folklor kollektivi iştirak etmişdir.
   Şəki rayonu Şorsu kənd folklor klubunun “Abay” rəqs kollektivi “Şəki” rəqsini məharətlə ifa etmiş və II yerə layiq görülmüşdür.
   “Abay” rəqs kollektivi 1980-ci ildən fəaliyyət göstərir. Yaradıcı qrupun üzvləri qədim Azərbaycan, ləzgi, rutul rəqslərinin mahir ifaçısıdırlar. Kollektivin rəhbəri Şorsu kənd folklor klubunun müdiri Raqif Məmmədovdur.
   Hazırda kollektivin əsas məqsədi 2014-cü ilin may ayında Bakı şəhərində keçiriləcək Gənclərin Folklor Festivalının yekun mərhələsində uğurla çıxış etməkdir.
   
   Vaqif Kərimov,
   Şəki Şəhər Mədəniyyət Mərkəzinin direktoru