Yanvarın 31-də Azərbaycanın böyük vətənpərvər oğlu Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında keçirilən “Qəlblərdə istiqlal işığını yandıran insan” adlı xatirə gecəsi keçirildi. Gecədə rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru D.Əzizova, mədəniyyət işçiləri iştirak edirdilər.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin siyasi və ədəbi fəaliyyətindən bəhs edən “Azadlıq və müstəqillik fədaisi” adlı məruzə dinlənildi. Görkəmli ictimai-siyasi xadimin həyat və mübarizə yolundan söhbət açıldı.

Ahidə Əfəndiyeva,
MKS-nin direktor müavini