Mayın 7-də Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib.
Tədbir iştirakçıları öncə ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Mərkəzin həyətində təşkil olunmuş kitab, gül və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Heydər Əliyev Muzey-Mərkəzinin böyük zalında təşkil olunmuş konsert proqramı ilə başa çatıb.