Şuşa şəhərinin işğalının 22-ci ildönümü ilə bağlı mayın 8-də Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyində anım tədbiri keçirilib.
Tədbirdə muzeyin elmi işçisi Aygün Əzizova Şuşa şəhərinin tarixi, işğalın acı nəticələri haqqında məlumat verib. Neftçala şəhər 3 saylı körpələr evinin yetirmələrinin, “Muğan” liseyi şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub, “Azərbaycan - bura mənim torpağımdır” adlı slayd nümayiş etdirilib.