18 May - Beynəlxalq Muzeylər Günü, respublikanın digər bölgələrində olduğu kimi, Neftçala rayonunda da qeyd edilib. Neftçala Tarix-Diyarşünaslıq Muzeyində geniş bayram tədbiri keçirilib. Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri E.Kazımova, Əməkdar müəllim T.Mahmudov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin əməkdaşları, orta məktəblərin şagirdləri iştirak ediblər.
Beynəlxalq gün münasibətilə muzeydə açıq qapı elan edilib, məktəblilər və ictimaiyyət nümayəndələri muzeyin ekspozisiyası ilə tanış olublar.