S.Vurğun adına Qax rayon Mədəniyyət evində də ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Elmin dəyişməz ünvanı” adlı kitab bayramı keçirilib. Tədbirdən öncə iştirakçılar müxtəlif mövzularda kitab sərgilərinə baxıblar.
Rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Vəfa Heydərova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri N.Omarov, MKS-nin direktoru G.Əhmədova çıxış edərək bu cür tədbirlərin kitabın, mütaliənin təbliğində əhəmiyyətindən söz açıblar. Şairə Solmaz Elqızı, “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsinin qalibi Şəlalə Məmmədli öz şerlərini söyləyiblər. Mədəniyyət evinin “Arzu” xalq kollektivinin üzvlərinin, incəsənət məktəbinin xor və rəqs kollektivlərinin çıxışları tədbirə şən ovqat bəxş edib.