Lənkəranda dram dərnəklərinin baxış-müsabiqəsi

Avqustun 25-26-da Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində klub filialları arasında "Kiçik səhnə" adlı dram dərnəklərinin baxış-müsabiqənin 1-ci turu keçirilib. Müsabiqədə rayonun Boladi, Tütəpeştə, Bəliton, Liman, Xanbulan, Moloja, Osaküçə, Hirkan, Şıxəkəran klublarının və Mədəniyyət Mərkəzinin özfəaliyyət dram kollektivləri hazırladıqları müxtəlif səhnəcikləri nümayiş etdiriblər.
Müsabiqənin keçirilməsində əsas məqsəd yerlərdə teatr sənətinə marağı artırmaq, istedadlı şəxsləri üzə çıxarıb, aktyorluq fəaliyyətinə cəlb etmək, eləcə də gənclərin asudə vaxtını səmərəli keçirtməsini təmin etməkdir. Müsabiqənin növbəti turu sentyabrın 18-də təşkil olunacaq, yekun tur isə sentyabrın 27-nə planlaşdırılır.