Zərdab rayon Mərkəzi kitabxanasında avqustun 29-da Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının işğalı ilə əlaqədar “Əsir torpaqlarımız bizi gözləyir” adlı dəyirmi masa keçirilib. Tədbirdə kitabxananın əməkdaşları Cəmalə Feyzullayeva Füzuli rayonunun, Samirə Yahyayeva Cəbrayıl rayonunun, Elnarə Salikova isə Qubadlı rayonunun işğal tarixi haqqında çıxış ediblər. Nailə Əliyeva, Firuzə Qocayeva ölkəmizdə ordu quruculuğu, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Kitabxananın fəal oxucuları Səmərrux Osmanova və Nərmin Babazadənin qələbə soraqlı şeirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda Ağdam qaçqını, hər iki valideynini itirmiş Qarayeva Səlminaz Təvəkkül qızına kitabxana işçilərinin yardımı təqdim olunub.

* * *
Mövzu ilə bağlı avqustun 26-da MKS-nin 10 saylı Yarməmmədbağı kənd kitabxana filialında da “Vətən bizi çağırır” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə filial müdiri Ofeliya Əzizova, Yarməmmədbağı kənd orta məktəbinin müəlliməsi Məlahət Əliyeva, hərbi xidmətdə olan oğlunun yanından gəlmiş Xatirə Ağayeva çıxış ediblər. Əsgər anası Humay Həsənova və şəhid bacısı Mahirə Qasımova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.