Sentyabrın 19-da Zərdab rayon Mərkəzi kitabxanasında Beynəlxalq Sülh Günü münasibətilə dəyirmi masa keçirilib. 21 sentyabr - Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib.
Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən ölkəmizdə “Sülh aylığı”nın (20 avqust - 21 sentyabr) elan olunması, bununla bağlı MKS-nin tərtib etdiyi tədbirlər planı haqqında məlumat verib.
Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Samirə Yahyayeva, uşaq şöbəsinin kitabxanaçısı Məlahət Cavadova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Sonda Beynəlxalq Sülh Günü ilə bağlı videolent nümayiş etdirilib.