Dekabrın 11-də Şirvan şəhər Mərkəzi kitabxanasında ulu öndərin vəfatının ildönümü münasibətilə keçirilən anım mərasimində MKS-nin direktoru İltifat Nəbiyevin “Xalqa bağışlanan ömür” mövzusunda məruzəsi dinlənilib. Mərkəzi kitabxananın əməkdaşları Alma Cəfərova, Vəzufə Xuduyeva və oxucular çıxış edərək Heydər Əliyevin dövlətçiliyimizin inkişafı yolunda əvəzsiz xidmətlərindən söz açıblar.
Mərasimdə “Ümummilli lider Heydər Əliyev” başlıqlı sərgi və slayd nümayiş etdirilib. Tədbir şəhər 21 saylı orta məktəbin şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatıb.