Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Pərvanlı kənd kitabxana filialında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib.
Çıxış edənlər ölkəmizin bugünkü firavan günləri üçün ulu öndərə minnətdar olduqlarını bildiriblər. Tədbirdə qonaq qismində iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının məktəblilərlə diskussiyası olub. Şagirdlərin çıxışları maraqla qarşılanıb.
Ümummilli liderin anım günü ilə bağlı MKS-nin Qoruqbağı kənd kitabxana filialında da kənd mədəniyyət evi və orta məktəbilə birgə "Əfsanəyə çevrilən insan" mövzusunda dəyirmi masa təşkil olunub. Filialın müdiri Rəsmiyyə Əhmədova ulu öndərin həyat və fəaliyyəti barədə məruzə edib, şagirdlər dahi şəxsiyyət haqqında şeirlər söyləyiblər.