Dekabrın 15-də Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbiri MKS-nin direktoru U.Qurbanova açaraq istedadlı şair, ədəbiyyatşünas və filosofun həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Rəfiq Zəka Xəndan Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən sənətkarlardan idi.
MKS-nin direktor müavini R.İsmayılova, metodika-biblioqrafiya şöbəsinin müdiri Ə.Süleymanova və Mərkəzi kitabxananın müdiri Ş.Əliyeva çıxış edərək, şairin əsərlərinin əsas mövzusunun türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq kimi mövzular olduğunu bildiriblər. Şagirdlər “Rəfiq Zəki Xəndan - 75" başlıqlı sərgi ilə tanış olublar. Tədbirin sonunda məktəblilər şairin şeirlərini söyləyiblər.